Daha bir xəstə ambulator müalicə üçün evə buraxılıb - TƏBİB

15:38 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha bir xəstə ambulator müalicə üçün evə buraxılıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən hafta.az-a bildirilib ki, bununla da gün ərzində stasionar müalicəyə qəbul olunaraq tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı üçə çatıb.